Rəsulzadənin büstündəki torba çıxarıldı

04.12.2015 10:27     Siyasi reaksiya     1929

Azərbaycan istiqlalının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhərindəki büstünün başına keçirilən torpbanın çıxarılması xəbəri yayılıb.

Reaksiya.az ANSPRESS-ə istinadən xəbər verir ki, Gəncə şəhəri Dəmiryolçular parkında qoyulmuş büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarında çıxarılıb. 

Məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları bu gün səhər parka gələrək çuvalı çıxarıblar. 

Rəsulzadənin büstünün üzərindəki çuval bir neçə il önə keçirilmişdi. Ağ - qara parça ilə bükülmüş büst M.Ə. Rəsulzadənin Gəncədəki yeganə büstüdür. Bu torbanaın əvvəlcə parkda aparılan təmir işləri ilə bağlı keçirildiyi deyilirdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq çuvalın çıxarılmaması qalmaqala səbəb olmuşdu. 

Şərhlər