Prezident Əmlak Məsələləri Dövlət Komitəsinin yeni mərkəzinin açılışını etdi - FOTOLAR
05.12.2015 11:40 Siyasi reaksiya 2126
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.
Şərhlər