Prezident finlandiyalı həmkarını təbrik etdi

05.12.2015 17:49     Siyasi reaksiya     1822

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik ünvanlayıb.

Reaksiya.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

Şərhlər