Azərbaycanda matəm elan olundu - Prezidentin sərəncamıyla

06.12.2015 13:40     Siyasi reaksiya     2219

Xəzərdə baş verən faciəyə görə dekabrın 6-sı Azərbaycanda matəm elan olunub. 
 
Reaksiya.az-ın məlumatına görə, müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: 
 
"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. 
 
Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram: 
 
2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin."
 
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.
 
Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-si dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.
 
 
Axtarışı davam etdirilənlərin siyahısı: 
 
 
1 Qasımov İman Şura o. 01.12.1967 
 
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958 
 
3 Quliyev Fəxrəddin Xancan o. 05.01.1957 
 
4 Rzaxanov Edik Rivazin o. 15.01.1983 
 
5 Babazadə Tural Fətəli o. 01.09.1993 
 
6 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953 
 
7 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971 
 
8 Qasımov Bayram Mirzəağa o. 20.03.1978 
 
9 Abdullayev Adil Ələkbər o. 19,02,1953 
 
10 Tağıyev Fuad Tahir oğlu 23.02.1981 
 
11 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954 
 
12 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973 
 
13 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978 
 
14 Niyazov Seyfəddin Abil o. 09.02.1968 
 
15 Babayev Mikayıl İsmayıl o. 06.11.1963 
 
16 İskəndərov İnqilab Osman o. 29.11.1957 
 
17 Mahmudov Ağa İzzət o. 24.03.1968 
 
18 Mayborda Oleq Akimoviç 21.11.1971 
 
19 Mayılov Samir Cahangir o. 07.03.1984 
 
20 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962 
 
21 İbrahimov Xalid Bəşir o. 12.08.1971 
 
22 Həsənov Zaur Vahid o. 24.12.1975 
 
23 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967 
 
24 Hüseynov Bəhlul Sirac o. 25.11.1969 
 
25 İsgəndərov Habil Tağı o. 05.03.1965 
 
26 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981 
 
27 Xəlilov Zaur Arif o. 15.09.1975 
 
28 Sahmarov Sahib Güloğlan o. 02.08.1973 
 
29 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Şərhlər