AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib
25.06.2015 12:11 Siyasi reaksiya 1926
Aqustin Konde 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin toplantısı keçirilib. "Reaksiya.az" APA-ya istinadən məlumat verir ki, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi seçilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifədə digər ispaniyalı həmkarı Pedro Aqramuntu əvəzləyəcək və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək. Qeyd edək ki, Aqustin Konde də Pedro Aqramunt kimi AŞPA-da Avropa Xalq Partiyası qrupunu təmsil edir və bu vəzifəyə AXP-nin iclasında qrup tərəfindən vahid namizəd kimi irəli sürülüb.
Şərhlər