5 sualla Səudiyyə Ərəbistanının aktiv və uzunmüddətli siyasi hədəfləri - Təhlil

27.05.2015 17:02     Siyasi reaksiya     686

Ankara SETA Ümumi Koordinatorunun müavini Mühittin Ataman Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizin rəhbərlik strukturunda reallaşdırdığı dəyişiklikləri reaksiya.az üçün şərh etdi.

-Sizcə, Səudiyyə Ərəbistanıda yeni kral Salman min Əbdüləzizin vəliəhd kimi olaraq Şahzadə Məhəmməd ibn Naifi təyin etməsi Səudiyyənin tarixi və siyasəti baxımından nə qədər önəmlidir?

-Kral Salmanın Şahzadə Məhəmməd ibn Naifi vəliəhd şahzadə kimi təyin etməsi Səudiyyə Ərəbistanı üçün tarixi və siyasi baxımdan əhəmiyyətli bir qırılma nöqtəsi sayıla bilər. Bu ölkənin tarixində ilk dəfə idi ki, qurucu Kral Əbdüləzizin oğullarından biri yox, bir nəvəsi taxtın birbaşa varisi sayıldı. Bu fikri başqa cür ifadə edəsi olsaq, ilk dəfə üçüncü nəsil şahzadələr taxta çıxma şansını əldə etdilər. Əsl əhəmiyyətli olan məqam isə Vəliəhd Şahzadə Mukrin ibn Əbdüləzizin vəzifədən kənarlaşdırılması idi. Kral Abdullah tərəfindən təyin edilən Şahzadə Mukrin, artıq ənənəvi, Kral Abdullahın oğullarına daha yaxın, ancaq Səud ailəsi içində artıq çıxdaş edilmiş və güclü ailə bağlarına sahib olmayan birisi idi. Şahzadə Mukrinin səlahiyyətlərinin əlindən alınacağı daha əvvəl də məlum idi.

Mukrinin yerinə keçən və nisbətən daha gənc olan Məhəmməd ibn Naif ibn Əbdüləziz isə, Kral Salmanın öz qardaşı oğlu, yəni Sudeyri şahzadələrindən biridir. Çox geniş olan Səud ailəsinin ən əhəmiyyətli hissəsi olan qurucu kral Əbdüləzizin ailəsi də çox genişləmişdir. Bundan sonrakı prosesdə, Sudeyri qardaşlar kimi bilinən yeddi doğma qardaşın uşaqlarının ölkə siyasətində daha aktiv olacaqları artıq     aktuallıq kəsb etməkdədir. Bunun bir göstəricisi kimi vəliəhd Şahzadə xaricində, ikinci Vəliəhd Şahzadənin (Kral Salmanın oğlu Məhəmməd) də Sudeyri bir şahzadə olması göstərilə bilər.

-Vəliəhdin dəyişməsi ilə birlikdə 40 ildir vəzifədə olan Xarici işlər naziri Səud əl-Faysalın da vəzifədən getməsi Səudiyyə Ərəbistanı xarici siyasətinə necə təsir edəcək?

- 40 ildir Səudiyyə Ərəbistanı xarici işlər naziri vəzifəsində çalışan Səud əl-Faysalın vəzifədən getməsi də ən azı vəliəhd Şahzadənin vəzifədən getməsi kimi vacib məqamdır. Birincisi, Səudiyyə tarixi boyunca yalnız iki xarici işlər naziri vəzifədə olub. Bunlardan biri, 1930-1975 – ci illərdə nazir vəzifəsində çalışan Kral Faysal ibn Əbdüləzizdir. İkincisi də 1975-2015 – ci illərdə 40 ildir nazir vəzifəsində çalışan Səud əl-Faysaldır. Ata-oğulun 85 illik nazirlik dövrü Adil əl-Cubeyrin nazir kimi təyin edilməsi ilə sona çatdı. Ənənəvi xarici siyasətin memarı olan insanın bir karyera diplomatı olan, ABŞ ilə yaxın əlaqələr içində olan və son 12 ildir Vaşinqtonda səfir kimi fəaliyyət göstərən bir nəfərin xarici işlər naziri təyin edilməsi əhəmiyyətli bir zehniyyət dəyişikliyindən xəbər verməkdədir.

Kral Salman elə iqtidara gələn kimi onsuz da Kral Abdullah dövründəki ən əhəmiyyətli iki aktoru - Bender ibn Sultan ilə Xalid et-Tuveycirini vəzifədən uzaqlaşdırmışdı. Möhkəm bir Sisi tərəfdarı və anti-İhvan regional siyasətinin dəstəkçisi bu insanların yerinə, daha diqqətli və daha sistemli hərəkət edən şəxslərin vəzifəyə gətirilməsinin xarici siyasətə təsiri çox olacaq. Qərblə və Türkiyə kimi regional aktorlarla əlaqələrdə müsbət inkişafın olması; bu yöndə İhvan əleyhdarlığından çox İran əleyhdarlığının mərkəzə alındığı bir siyasətin izlənilməsi daha çox gözləniləndir.

Səudiyyə Ərəbistanının Qərb ölkələri ilə əlaqələrində bir müxtəliflik səyi müşahidə edilməkdədir. Yalnız neftə və enerji ehtiyatlarına söykənən bir siyasətdən kənar regional və qlobal mövzularda ortaq hərəkət əsasdır. Onsuz da 11 Sentyabr hadisələrindən sonra Riyad-Washington əlaqələrində bir sarsılma yaşanmış və əlaqələrdə bir güvən itkisi meydana gəlmişdi. İki tərəf də bir başqasına daha təmkinli bir tutum sərgiləyirdi. Bunun Səudiyyə Ərəbistanıdakı qarşılığı əlaqələrin növlərə ayırılması olmuşdur. Gələcək dövrdə bu növlərə ayrılma prosesinin davam edəcəyini düşünmək olar.

-Səudiyyə Ərəbistanıda yeni kralla başlayan və yeni təyinatlarla davam edən bu dəyişikliklər Yəmən və Suriya böhranları başda olmaqla Orta şərqdə baş verənlərə necə təsir edəcək?

-İlk və ikinci kabinet dəyişikliyi ilə bərabər Səudiyyə Ərəbistanı, regional böhranlarda Qərblə və Türkiyə kimi dövlətlərlə daha yaxın əməkdaşlıq içində olmağa səy göstərəcək. Səudiyyə Ərəbistanı yeni dövrdə Yəmənlə bağlı siyasətində daha qatı anti -İran bir siyasət izləyəcək; İslami hərəkatlara qarşı isə imkan daxilində daha yumşaq davranacaq. Məsələn, Yəməndə İslah Hərəkatı başda olmaqla Yəməndə xalq üzərində təsiri olan qruplarla yenidən əlaqə yaradılacaq. Çünki İslami qrupların təsirlərinin artmasıyla birlikdə yalnız regional siyasətdə yox, eyni zamanda daxili siyasətdə də təsirli ola biləcək bir hala gəliblər. Son kabinet dəyişikliyində diqqət çəkən məqamlardan biri də onsuz da xalqın tələblərinə daha həssas olunacağı mesajıdır. Bir tərəfdən iqtisadi riçarxlardan istifadə ediləcək, xalqın sosio-iqtisadi vəziyyəti daha yaxşılaşdırılacaq, bir tərəfdən də təşkilati islahatlar reallaşdırılacaq.

Qatı bir tərəfkeşlik siyasətinin iki ildə ciddi problemlər yaratdığını görən Səudiyyə Ərəbistanı gələcək dövrdə qlobal və regional aktorlarla daha yaxın bir dialoq içində olacaq və daha praqmatist davranacaq. Bu gözləniləndir. Regional problemlərdə daha marginal və daha populist olan qruplara daha çox dəstək verilməsi və mümkünsə bunların istiqamətləndirilməsi hədəflənəcək. Buna görə də İhvanın kənar tutulması sona çatdırılacaq, ya da ən azından vəziyyəti yüngülləşdiriləcək. Digər bir tərəfdən, regional sabitliyin təmin edilməsi üçün Səudiyyə Ərəbistanı daha proaktiv bir rol öhdəsinə götürə də bilər.

-Yeni Səudiyyə rəhbərliyi, İranın nüvə müzakirələri ilə yanaşı, eyni zamanda Qərblə əlaqələrini normallaşdırma cəhdlərinə necə yanaşacaq? Bu barədə ilk işarələr hansı istiqamətdədir?

- Səudiyyə Ərəbistanının yeni rəhbərliyi, İranın nüvə müzakirələr ilə yanaşı Qərblə əlaqələrini normallaşdırmasının regional tarazlıqlarda Səudiyyə Ərəbistanı başda olmaqla digər Körfəz ölkələrinin və hətta digər Sünni ərəb ölkələrinin mənfəətlərinin zədələnilməsinə gətirib çıxarmamasını bir qırmızı xətt olaraq irəli sürə bilər. Yəni, kateqorik olaraq bir çıxışdan daha çox, məhdud olmaq şərti ilə İran-Qərb əlaqələrinin inkişafını qəbul edəcəkləri ehtimalı daha yüksəkdir. İranın nüvə enerjisinə sahib olması  və ya nüvə silahı yaratması riski, bütün regionda olduğu kimi Riyadda da narahatlıq yaratmaqdadır. Çünki, Səudiyyə Ərəbistanının regional dövlətlərdə qəbul etdiyi ən böyük və ən ciddi təhdid İrandan gəlməkdədir. Bu təhdidi daha da təhlükəli hala gətirəcək nüvə enerji istehsalına maneə yaradılması səylərinə qarşı çıxmaq yox, dəstək olmaq gözləniləndir. Bölgənin nüvə silahlarından təmizlənməsi və ya regional güc tarazlığında nüvə silahların ortaya çıxması istənilən haldfa qəbuledilməzdir. Ancaq, Qərblə əməkdaşlıq prosesi Səudiyyə Ərəbistanını ikinci plana atacaqsa, buna müsbət baxmaq mümkün olmayacaq. Onsuz da, mövcud şərtlər və vəziyyət nəzərə alınanda bunun qısa müddətdə reallaşması da bir o qədər də real deyil. Bu mərhələdə Səudiyyə Ərəbistanının Qərblə əlaqələrini yenidən əvvəlki səviyyəsinə gətirmə ehtiyacı hasil olmaqdadır. Qərb dövlətlərinin sabitsizlik yaradacaq gücünün fərqində olaraq öz rejiminin davamını təmin etmənin ən əmin yolunun Qərb dövlətləri ilə əməkdaşlıq etməkdən keçdiyini Səud hakimiyyəti əla bilir. Xüsusilə ABŞ ilə əlaqələrin yeni Xarici işlər Naziri əl-Cubeyr ilə birlikdə daha da inkişaf edəcəyini söyləmək mümkündür.

-Bəs Türk dünyası Səudiyyə Ərəbistanıda yaşanan dəyişiklikləri necə dəyərləndirməlidir? Körfəz ölkələri ilə münasibətlər hansı yöndə inkişaf edəcək?

-Səudiyyə Ərəbistanı ilə Türkiyə, Kral Abdullahın kral olmasından sonra münasibətlərinin zirvə dövrlərinin yaşamışdılar. Bunun ən əhəmiyyətli göstəricisi də qarşılıqlı olaraq əmn yüksək səviyyəli ziyarətlərdir. Ancaq Sisi hərbi çevrilşindən sonra Türkiyənin İhvanı Müsliminə, Səudiyyə Ərəbistanının isə Sisiyə dəstək verməsiylə birlikdə olduqca gərgin bir vəziyyət yaranmışdı. Kral Abdullahın vəfatından sonra Türkiyə prezidenti Ərdoğanın cənazə mərasimində iştirakı qarşılıqlı ziyarətlərlə əlaqələrdə yeni bir əməkdaşlığın əsasını qoydu.

Suriya böhranında, ilk iki ildə olduğu kimi Türkiyə ilə daha yaxın əlaqələr yaradılması ehtimalı çox yüksəkdir. Sisinin reallaşdırdığı hərbi çevrilişdən sonra Türkiyə ilə regional siyasətdə əks qütblərdə yer almışdılar. Ancaq belə hal həm Türkiyə, həm də Səudiyyə Ərəbistanına olduqca mənfi təsir etmişdi. Nəticə etibarilə, son iki ildə izlədiyi siyasət nəticəsində özünü Şiəlik və İran qısqacında görən Səudiyyə Ərəbistanı hər zaman olduğundan daha çətin bir vəziyyətə düşmüşdür. Bu nöqtədə təkcə iqtisadi vasitələrlə rejiminin təhlükəsizliyini təmin edə bilməyəcək. Əhəmiyyətli regional ittifaqlar meydana gətirmək məcburiyyətində qalacaq. Bölgədəki tarazlıqlar diqqətə alındığı zaman da regional dövlətlərin böyük əksəriyyəti daxili sabitliksizlik içindədir. Buna görə də Türkiyə kimi siyasi baxımdan sabit və iqtisadi baxımından güclü bir mövqedə olan ölkənin və eyni zamanda Türkiyə ilə bərabər bütövlükdə Türk dünyasının dəstəyi Riyad üçün həyati əhəmiyyətə sahibdir. Digər bir tərəfdən Riyadın da, xüsusilə son dövrdə Orta Şərq ölkələri ilə əlaqələrinə əhəmiyyət verən Türkiyə üçün mənası böyükdür. Bu səbəbdən, iki ölkə arasındakı və bütövlükdə iki millət arasındaki qarşılıqlı asılılıq davam etdikcə bir başqasıyla əlaqələrinin müsbət olması gözlənilməlidir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar