Federika Moqerini İlham Əliyevə başsağlığı verdi

08.12.2015 17:59     Siyasi reaksiya     1840

Avropa İttifaqının (Aİ) ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Günəşli" neft yatağında ötən cümə günü baş vermiş və insanların həlak olması ilə nəticələnmiş qəza barədə aldığım xəbər məni dərindən sarsıtdı.

Avropa İttifaqı adından həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, itkin düşənlərin aqibəti ilə bağlı narahatlığımı bildirir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edəsiniz".

Şərhlər