Partiya sədri İsrail səfiriylə əməkdaşlıqdan danışdı
09.12.2015 17:17 Siyasi reaksiya 2150
Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.
Partiyanın mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, görüşdə Azәrbaycan-İsrail münasibətləri, xaricdəki Azərbaycan və İsrail diasporlarının əməkdaşlığı, Yaxın Şərqdəki vəziyyət, Suriya ətrafında cərəyan edən hadisələr, Cənubi Qafqaz regionundakı konfliktlər müzakirə olunub.
Asim Mollazadə cənab Stava DİP-in fəaliyyəti barədə ətraflı məlumat verib.
Şərhlər