Türkmənistan və Qazaxıstan prezidentləri İlham Əliyevə başsağlığı verdi

09.12.2015 18:03     Siyasi reaksiya     1926

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Günəşli” yatağındakı hadisə ilə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Reaksiya.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:
 
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Xəzər dənizindəki platformada baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumu bildirir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də başsağlığı məktubu göndərib: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

“Günəşli” yatağında yanğın nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Bu kədərli hadisə ilə əlaqədar Qazaxıstan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm"

 

Şərhlər