Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi

11.12.2015 09:15     Siyasi reaksiya     1778

Dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.

Şərhlər