İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı
11.12.2015 10:00 Siyasi reaksiya 2052
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb.
Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola saldılar.
Şərhlər