"Ceyms Uorlik vəzifəsində qalır" - Səfirlik
12.12.2015 17:42 Siyasi reaksiya 1882
ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin başqa diplomatla əvəzlənəcəyi barədə məlumatları təkzib edib.
Reaksiya.az xəbər verir ki, səfirlik nümayəndəsi "Turan"ın sorğusuna cavabında deyib: "ABŞ səfir Uorlikə tam inanır və etimad göstərir. O, həmsədrlik fəaliyyətinə davam edəcək".
Son günlər yayılan bəzi məlumatlarda Azərbaycan tərəfinin narazılığı ilə əlaqədər ABŞ Dövlət Departamentinin onu əvəzləməyi nəzərdən keçirtdiyi iddia olunur.
Şərhlər