Prezident keniyalı həmkarını təbrik etdi
13.12.2015 15:56 Siyasi reaksiya 1894
Azərbaycan prezidenti İlham Əliyev Keniya prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.
Reaksiya.az xəbər verir ki, məktubda deyilir:
“Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram”.
Şərhlər