Məmmədyarov, Çavuşoğlu və Kvirikaşvilinin görüşünün vaxtı məlum oldu

13.12.2015 17:09     Siyasi reaksiya     1974

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü dekabrın 21-22-də Tiflisdə keçiriləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə APA-nın Gürcüstan müxbirinə bu ölkənin xarici işlər naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, üç ölkənin nazirləri görüş çərçivəsində bir çox istiqamətlərdə günün aktual və vacib məsələlərini müzakirə edəcəklər: "Üçtərəfli görüşdə bizim bir çox istiqamətlərdə əməkdaşlığımız barədə aktual məsələlər müzakirə olunacaq. İlk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin vəziyyəti və "İpək Yolu" layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat-loqistika layihələr və başqa vacib məsələlər müzakirə olunacaq".

Şərhlər