Xarici Kəşfiyyat Xidmətinə rəis təyin edildi

14.12.2015 15:14     Siyasi reaksiya     2097

Orxan Sultanovun Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraqqərara alıram:

Orxan Sedyar oğlu Sultanov Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin".

 

Şərhlər