Ən azı 3 erməni hərbçisi məhv edilib - Müdafiə Nazirliyi - VİDEO

14.12.2015 18:04     Siyasi reaksiya     2045

Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə o canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.

Şərhlər