Azərbaycan diasporu Rusiya Dövlət Dumasına müraciət edib
15.12.2015 01:53 Siyasi reaksiya 1669

Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar.
“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.
Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.
Şərhlər