Kimlər əfv oluna bilər?

15.12.2015 11:50     Siyasi reaksiya     2103

İnsan Haqları üzrə Monitorinq qrupunun əfv üçün təqdim etdiyi siyahıda 25 nəfərin adı var.

Reaksiya.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

O bildirib ki, əvvəl təqdim olunan siyahıda 27 nəfərin adı var idi: “Amma indi Leyla və Arif Yunuslar həbsdən çıxdığı üçün siyahıda 25 nəfər məhbusun adı var. Onların içərisində Nidaçılar, İlqar Məmmədov, Tofiq Yaqublu, Əli İnsanov və digərləri var. Bilirsiniz ki, Əfv Komissiyası müzakirələrə başlayıb.

31 dekabrda prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalanacaq. Ümid edirik ki, siyahıda təqdim etdiyimiz məhbusların azadlığa buraxılması məsələsi də nəzərə alınacaq. 

Şərhlər