Deputat seçilən qadının yerinə təyinat oldu

15.12.2015 16:17     Siyasi reaksiya     1883

Şəmkir rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Reaksiya.az "Report"a istinadən xəbər verir, icra başçısı Alimpaşa Məmmədovun humanitar məsələlər üzrə yeni müavini məlum olub. 

Bu vəzifəyə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Məleykə Əlizadə təyin edilib. 

Xatırladaq ki, M. Əlizadə bu postda noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə deputat mandatını qazanan Sona Əliyevanı əvəz edir.

Şərhlər