İlham Əliyev təbrik ünvanladı

16.12.2015 00:32     Siyasi reaksiya     1877

Azərbaycan prezidenti İlham Əliyev Bəhreyn kralı şeyx Həməd bin İsa Al Xəlifəni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Bəhreyn Krallığının Milli günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycanla Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin, qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Reaksiya.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu gün dərin tarixi kökləri olan Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, çoxşaxəli əməkdaşlığımız və fəaliyyətimiz ikitərəfli münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz ortaq mənəvi dəyərlərə və ənənələrə malik xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 
 

 

Şərhlər