Təmas xəttində monitorinq baş tutdu
16.12.2015 15:32 Siyasi reaksiya 2113

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.
Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.
Şərhlər