İlham Əliyev nazirə "Şöhrət" ordeni verdi
16.12.2015 16:10 Siyasi reaksiya 1967

Hüseynqulu Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Reaksiya.az xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Hüseynqulu Seyid oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilsin".
Şərhlər