Abdullah Gül İlham Əliyevə başsağlığı verdi

16.12.2015 17:56     Siyasi reaksiya     1910

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Reaksiya.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən “Günəşli” yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Şərhlər

Çox oxunanlar