NATO-Azərbaycan əməkdaşlığı müzakirə olunub

17.12.2015 00:22     Siyasi reaksiya     1712

Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “NATO-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Rumıniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, dəyirmi masada səfirlər, hərbi attaşelər, NATOölkələrinin Bakıdakı diplomatik nümayəndəliklərinin rəhbərləri, NATO-nun Cənubi Qafqaz üzrə bürosundan olan nümayəndələr iştirak edib.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristian Ciobanu NATO və Azrəbaycan arasında ictimai dipomatiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Səfir deyib ki, Rumıniya NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi üçün ictimai diplomatiya ilə bağlı tədbirlərin  təşkilini 2016-cı ildə də davam etdirəcək. Diplomat NATO-Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını da vurğulayıb.

NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uliyam Lahyu NATO-nun Azərbaycandakı prioritetləri ilə bağlı təqdimat verib.

Daha sonra dəyimri masa iştirakçıları NATO-Azrəbaycan əməkdaşlığının müxtəfli aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Şərhlər