Elmar Məmmədyarov Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

17.12.2015 00:36     Siyasi reaksiya     1459

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini bildirib, bu kimi səfərlərin bir sıra məsələlərin, problem və perspektivlərin əhatəli müzakirəsi və qarşılıqlı anlaşma baxımından vacib olduğunu vurğulayıb.

Nazir Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogerinin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sonrakı inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bir sıra aspektləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Şərhlər