İlham Əliyev və Sarkisyanın görüşəcəyi yer və tarix dəqiqləşdi - RƏSMİ

17.12.2015 11:41     Siyasi reaksiya     2212

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

Reaksiya.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Şərhlər

Çox oxunanlar