"Məsələni bu bu cür şişirtmək çox böyük səhvdir" - Oqtay Əsədov

18.12.2015 12:24     Siyasi reaksiya     1908

ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də Ermənistan diasporasının üzvüdür. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oktay Əsədov bu gün keçirilən plenar iclasda ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim etməsinə münasibət bildirərkən deyib.

O.Əsədov bildirib ki, bu məsələni o qədər də şişirtmək lazım deyil: “Bəzi jurnalistlər bunu şok hadisə kimi təqdim edirlər. Bunun nəyi şokdur? Bu adi bir komissiyadır. Məsələni bu bu cür şişirtmək çox böyük səhvdir”.

O.Əsədov deyib ki, Kris Smit adi bir konqresmendir. Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: “ABŞ Konqresində kifayət qədər Azərbaycanın dostları var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”.

O.Əsədov bildirib ki, Kris Smit erməni diasporasının təsiri altında olan adamdır.

Şərhlər