Daha bir erməni hərbçi öldürüldü

19.12.2015 11:25     Siyasi reaksiya     1908

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gedən döyüşlərdə daha bir erməni hərbçi öldürülüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, atışma Dağlıq Qarabağ cəbhəsində baş verib. Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 19 yaşlı hərbçi Fidar Aloyan ölüb.

Qeyd edək ki, son günlər qoşunların təmas xəttində vəziyyət xeyli gərginləşib. Erməni silahlı bölmələri son bir neçə gündə bir neçə hərbçisini itirib. Azərbaycan Ordusu da döyüşlərdə itki verib.

Şərhlər