Qərb Azərbaycanda "narıncı inqilab" hazırlayır - Rusiyalı ekspert

26.06.2015 01:22     Siyasi reaksiya     1979

Qərb Azərbaycanı NATO-da görmək istəyir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın aparıcı hərbi ekspertlərindən biri, siyasi elmlər doktoru Mixail Aleksandrov bildirib.


"Qərb Rusiyanın əhatəsində olan ölkləri NATO-ya üzv etmək istəyir. Qərb ölkələri bunula Cənubi Qafqazda öz maraqlarını yeritmək istəyir. Qərb indi Azərbaycanı da NATO-ya cəlb etmək fikrindədir və onlar çoxdan bunu istəyir, amma Azərbaycan rəhbərliyinin müdrikliyinin sayəsində onlar hələ buna müvəffəq ola bilmir", -deyə Aleksandrov bildirib..

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bütün bu prosesləri əla başa düşür. Avropanın siyasəti müxtəlif ölkələridə öz hegemonluğunu qurmaqdır. Ona görə də Avropa, ABŞ Azərbaycanda "narıncı" inqilablar təşkil etmək cəhdlərindən geri çəkilməyəcək.

Şərhlər

Çox oxunanlar