Əfv Komissiyası iclaslarını davam etdirir

21.12.2015 11:36     Siyasi reaksiya     1892

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etdirilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib.

Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq .

Şərhlər