Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycana səfəri başladı
21.12.2015 13:31 Siyasi reaksiya 1904

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman bu gün Azərbaycana gəlib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev Hava Limanında parlamentin vitse-spikeri Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində İ. Qəhrəmanın Azərbaycanın rəsmi şəxsləri, o cümlədən Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub. Səfər dekabrın 22-də başa çatacaq.
Şərhlər