Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü oldu

22.12.2015 13:07     Siyasi reaksiya     1994

Dekabrın 22-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Reaksiya.az AzərTac-a istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilib. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Çox oxunanlar