Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü təxirə salındı
22.12.2015 17:31 Siyasi reaksiya 1996

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin sabah Tbilisidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
Reaksiya.az xəbər verir ki, buna səbəb Gürcüstan xarici işlər naziri Gerogi Kvirikaşvilinin ailəsində ağır itkinin baş verməsidir.
Görüşün gələn ilin birinci rübündə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Gerogi Kvirikaşvilinin dekabrın 23-də Tbilisidə görüşü nəzərdə tutulurdu.
Şərhlər