Rusiyada xalqın sadəcə 8%-i Türkiyə ilə təyyarə böhranını "ilin hadisəsi" sayır
24.12.2015 12:41 Siyasi reaksiya 2019
Rusiyada ölkə əhalisi arasında keçirilən bir anketdə ilin hadisələri müəyyən olunub.
Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Romir” Sosial Araşdırmalar Mərkəzinin araşdırmasına görə, rus xalqının böyük əksəriyyəti 2015-ci ilə Rusiya baxımından ən əhəmiyyətli hadisə kimi Suriyada hava əməliyyatının başlanmasını, Misirdəki təyyarə faciəsi və Sovet İttifaqının II Dünya Müharibəsindəki qələbənin 70-ci il dönümünü qeyd etmələrini sayırlar.
Anketdə iştirak edənlərin 21%-i Suriyadakı hərbi əməliyyatları, 21%-i Misirdəki təyyarə faciəsini, 21%-i II. Dünya müharibəsində qazanılan qələbənin 70-ci ildönümünü qeyd etmələrini, 10%-i Ukrayna böhranını, 9%-i rublun devalvasiyasını, 8%-i Türkiyə ilə yaşanan böhranı, 5%-i isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 2015-ci ilin Rusiya üçün ən əhəmiyyətli hadisələri kimi göstəriblər.
Şərhlər