Əfv siyahısı prezidentə təqdim olunacaq

24.12.2015 13:21     Siyasi reaksiya     2143

İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 24 nəfərlik siyahı hazırlanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, hazırlanmış siyahı Prezident yanında Əfv Komissiyasına təqdim edilib: “Siyahıda bir çox tanınmış şəxslərin adı var. Biz siyahını komissiyaya təqdim etmişik. Həmin siyahı prezidentə də təqdim ediləcək. Biz siyahıda adları olan şəxslərin əfv olunmalarını istəyirik”. 

N.Cəfəroğlu qeyd edib ki, Əfv Komissiyaya təqdim olunan siyahıda Tofiq Yaqublu, İlqar Məmmədov, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqlı və digər şəxslərin adı var.

Şərhlər