Azərbaycan və Rusiya 2016-cı il üçün hərbi sahədə əməkdaşlıq planı imzaladı

24.12.2015 13:25     Siyasi reaksiya     2314

Rəsmi görüşlər aparmaq məqsədiylə Rusiyaya gedən Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov, həmkarı Sergey Şoyqu ilə bir araya gəlib.

Reaksiya.az Cihan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən verilən açıqlamada, iki ölkə müdafiə nazirləri arasında Moskvada keçirilən görüşdə regional təhlükəsizlik və hərbi əlaqələrin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

Ayrıca hər iki ölkə müdafiə nazirlikləri arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planının imzalandığı qeyd olunub.

Şərhlər