Azərbaycan prezidenti sərəncam verdi
26.06.2015 16:14 Siyasi reaksiya 1960
Azərbaycan prezidenti İlham Əliyev İsmail Serageldinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2015-ci il.
Şərhlər