İlham Əliyev bir neçə yarımstansiyanın açılışında iştirak etdi
25.12.2015 17:46 Siyasi reaksiya 1905
"Reaksiya" xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub.
“Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb.
Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verilib.
Sonra prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verilib. Dövlət başçısı “Buzovna-2” yarımstansiyasını işə salıb.
Şərhlər