Rauf Mirqədirov bu gün azadlığa buraxıla bilər
28.12.2015 13:30 Siyasi reaksiya 1992
Xəbər verdiyimiz kimi bu gün jurnalist Rauf Mirqədirovun məhkəm prosesi keçiriləcək. "Reaksiya" xəbər verir ki, məhkəmə prosesi saat 16:30-a təyin olunub və Mirqədirova hökm oxunacağı gözlənilir. Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə əlaqə saxladıq. O, bu günkü məhkəmə prosesində Rauf Mirqədirovun azadlığa buraxıla biləcəyini bildirdi: "İşçi qrupun Əfv Komissiyasına təqdim etdiyi siyahıda Rauf Mirqədirovun da adı var. Ola bilsin ki, o, bu gün məhkəmə zalından azad olundu."
Şərhlər