“Biz onların qanunsuz fəaliyyətlərinə göz yummamışıq” - Millət vəkili
28.12.2015 14:24 Siyasi reaksiya 2125
Bu fikirləri Reaksiya.az – a açıqlamasında millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O, qeyd edib ki, bütün bu böhtanlara, qarayaxmalara qarşı cavabları şəffaf, ictimaiyyətə açıq fəaliyyətləridir: “Düşünürəm, Şura ölkədə yeganə donor qurumudur ki, bütün fəaliyyətə açıqdır. Bütün insanlar üçün əlçatandır. Şuramızın elan etdiyi qrant müsabiqələrini əvvəldən axıra kimi izləyən, ona ictimai nəzarət edən hər bir şəxs bu dediyimizi təsdiqləyə bilər. Təəssüflər olsun ki, bu gün bu cür yalan, böhtan kampaniyası ilə məşğul olanlar da var və onların da maraqları təmin edilmədiyinə görə, qanunsuz fəaliyyətlərinə göz yumulmadığına görə bunlar baş verir. Bütün bu şər yaxma, qaralama kampaniyalarına baxmayaraq biz onların qanunsuz fəaliyyətlərinə göz yummamışıq və göz yummayacağıq”.
Şərhlər