İlham Əliyev əfv sərəncamı imzaladı - 210 nəfər azadlığa çıxır
28.12.2015 17:03 Siyasi reaksiya 2339
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.Reaksiya.az xəbər verir ki, bu barədə Əfv Komissiyasınnı üzvü, deputat Azay Quliyev sosial mediada məlumat yayıb.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq verilib.
Sərəncam ümumilikdə 210 nəfərə şamil edilir.
Şərhlər