Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edildi - FOTOLAR
28.12.2015 17:27 Siyasi reaksiya 1821
Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi başa çatıb.
"Reaksiya" Musavat.com - a istinadən xəbər verir ki, Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, dövlət ittihamçısı R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Vəkil Fuad Ağayev qərarı çox gülünc hesab etdiyini bildirib. O, yaxın günlərdə geniş müsahibə ilə çıxış edəcəyini bildirib. Vəkil tezliklə apellyasiya şikayəti verəcəyini də qeyd edib.
Fuad Ağayev əllərindəki sübutların tutarlı olduğunu, Rauf Mirqədirovun siyasi sifarişlə həbs olunduğunu bəyan edib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.
Şərhlər