Ukrayna səfirliyi: “Vladimir Aryevin Azərbaycanla bağlı fikirləri onun şəxsi mövqeyidir”
26.06.2015 18:45 Siyasi reaksiya 1868
Ukraynanın Azərbaycandakı səfirliyi Ali Radanın deputatı Vladimir Aryevin Azərbaycana dair fikirləri ilə bağlı bəyanat yayıb.
Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Ukrayna Ali Radasının (parlament) üzvü, AŞPA vitse-prezidenti Vladimir Aryevin mətbuatda yer alan Azərbaycan hakimiyyəti ilə bağlı çıxışları onun şəxsi mövqeyidir və Ukraynanın Azərbaycana münasibətini ifadə etmir.
Şərhlər