Rövşən Rzayev ABŞ-a sanksiya layihəsini parlamentə təqdim etdi
29.12.2015 12:52 Siyasi reaksiya 1980
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, layihənin müəllifi olan deputat Rövşən Rzayev tərəfindən elan edilib. R. Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: “Bu, mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır”.
Spiker Oqtay Əsədov qanun layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb. O. Əsədov bildirib ki, Milli Məclisdə layihənin forması var. O, layihəni Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə edib. Spiker eyni zamanda layihənin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.
Şərhlər