Oqtay Əsədov Aydın Mirzəzadəyə irad bildirdi

29.12.2015 14:23     Siyasi reaksiya     2025

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Polis haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı spiker Oqtay Əsədov deputat Aydın Mirzəzadəyə irad bildirib. 

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, hər iki qanuna dəyişikliyə əsasən, hər iki peşə sahiblərinin attestasiyası zamanı onlara peşədən kənar əlavə sualların verilməsi, siyasi baxışlarına görə qiymətləndirilməsi qadağan edilir.
 
Müzakirələr zamanı deputat Aydın Mirzəzadə qanun layihəsində dəyişiklikdə attestasiya zamanı “siyasi baxışlarına görə qiymətləndirilməsi” ifadəsinin doğru olmadığını deyib: “Bəlkə kimsə faşist dünyagörüşlüdür, bəlkə radikal millətçidir? Onda necə olacaq? Bəlkə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir və ya Dağlıq Qarabağı bizim ərazimiz hesab etmir? Ona görə məncə, bu “Konstitusiya ilə müəyyən olunmuş siyasi baxışları qiymətləndirilməsin” kimi yazılmalıdır”. 
 
Spiker Oqtay Əsədov isə deputata irad bildirərək deyib ki, məsələni qarışdırmasın: “Siyasi baxış deyərkən, şəxsin hansısa partiya məxsus olub-olmaması nəzərdə tutulur”.

Şərhlər