İlham Əliyev Nazarbayevə zəng etdi

29.12.2015 16:52     Siyasi reaksiya     1971

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

“Telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev Nursultan Nazarbayevi yeni il münasibətilə təbrik edib. Dövlət başçıları, həmçinin, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər”, - deyə məlumatda qeyd edilib.

Telefon danışığının Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

 

Şərhlər