Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlana bilər - RƏSMİ
30.12.2015 15:59 Siyasi reaksiya 2011

Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev verib.
O, bildirib ki, bu məsələyə hökumət tərədindən ciddi şəkildə baxılır.
“Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır”, - deyə H. Hacıyev qeyd edib.
Şərhlər