Sarkisyan cəbhə xəttinə getdi
01.01.2016 11:32 Siyasi reaksiya 2113
Ermənistan prezidenti Serj Sarkisyan Yeni il ərəfəsində cəbhə xəttində olub.
"Reaksiya" ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sarkisyanı cəbhə xəttinə səfərində müdafiə naziri Seyran Ohanyan müşayiət edib.
Sarkisyan Azərbaycanın Qazax rayonu ilə həmsərhəd bölgədə yerləşən İcevan rayonunda erməni hərbçiləri ilə görüşüb.
Şərhlər