İran niyə Əsədə tam dəstək verir?

27.05.2015 19:57     Siyasi reaksiya     775

Xamaneyinin məsləhətçisi Əli Əkbər Vilayətinin bu yaxınlarda reallaşan Dəməşq ziyarəti ilə İranın Suriyaya “tam dəstəyini” davam etdirəcəyi mesajını veridiyini qeyd edən İran üzrə ekspert Əli Pedram Tehran için Əsəd rejiminin varlığını davam etdirməsinin olduqca vacib siyasi məqam olduğunu vurğulayıb.

İranın ali dini lideri Ayətullah Əli Xamaneyinin məsləhətçisi Əli Əkbər Vilayəti bu yaxınlarda Dəməşqi ziyarət edərək Suriya prezidenti Bəşar Əsəd ilə görüşdü. Vilayəti Tehranın Dəməşq hökümətini terrorla və terroristləri dəstəkləyən ölkələrlə olan mübarizəsində dəstəkləməyə davam edəcəyni açıqladı. Bəşar Əsəd də İranın Suriya xalqına verdiyi dəstəyin terrorla mübarizədə əsas rol oynadığını bildirdi.

İngiltərədəki Durham Universitetində Yaxın Şərq məsələləri üzrə çalışan fəlsəfə doktoru Əli Pedram Xamaneyinin məsləhətçisi Əli Əkbər Vilayətinin Dəməşq ziyarətinin vacibliyini və İranın Suriya siyasətinin əsas parametrlərini Reaksiya.az – a açıqladı.


“İran və Suriya bir birinə möhtacdır”…

 

İran və Suriya arasındaki strateji münasibətlərin İran İslam Respublikasının qurulduğu 1979 – cu ildən etibarən güclənərək davam etdiyini bildirən Əli Pedram, hər iki ölkənin də ideoloji düşmənlər və rəqiblərlə əhatə olunan bölgələrindəki stratejik dərinliklərini qorumaq üçün bir birinə möhtac olduğunu sözlərinə əlavə etdi.

 

"Tehranın əsas istəyi nə yolla olursa olsun Əsəd rejiminin davam etdirilməsidir

 

Mövcud şərtlərdə İran üçün Əsəd rejiminin varlığını davam etməsinin prioritet siyasət olduğunu qeyd edən ekspert 2011 – ci ildən etibarən Qərb və ərəb ölkələri arasında Əsədin iqtidardan getməsi yönündə consensus əldə olunduğuna görə, mövcud Suriya hakimiyyətinin varlığını qoruması İran üçün “nəyin bahasına olursa olsun” öncəlikli regional siyasət halina gəldi. İran iqtidarda qalsın deyə Əsədi dəstəkləməkdən indiyə kimi geri çəkilmədi və ABŞ İrana qarşı getdikcə daha proaktiv bir regional siyasət izlədikcə Əsədə yardım etməyə davam edəcək. Xamaneyinin məsləhətçisi Əli Əkbər Vilayətinin bu yaxınlarda reallaşan Dəməşq ziyarəti ilə İranın Suriyaya “tam dəstəyini” davam etdirəcəyi mesajını verdiyini sözlərinə əlavə etdi.

Əli Pedramın fikrincə, Tehran hökümətinin bu sərt və qərarlı mövqeyinin dəyişmə ya da yumşalma ehtimalı İranın özünün etibarlı əllərdə hiss etməsi regional təhlükəsizlik müqavilələrinin imzalanmasına bağlıdır.

Şərhlər

Çox oxunanlar