Ermənistan-Kipr ortaq hərbi təlimləri Kipr müzakirələrinə təsir edəcəkmi?

28.05.2015 12:38     Siyasi reaksiya     623

Ermənistan müdafiə naziri Seyran Ohanyan, Ermənistan və Cənubi Kipr Respublikasının yaxın gələcəkdə ortaq bir hərbi təlim keçirməklə bağlı razılaşma əldə etdiklərini bildirib.

Bu hərbi təlimin məqsədi nədir? Bu təlimlərə Şimali Kipr tərəfindən bir reaksiya gələ bilər mi? Bu təlimlər Kipr müzakirələrinə təsir edə bilərmi?

Bu suallarla Rusiyanın Sputnik xəbər agentliyi Şimali Kipr Türk Respublikasının təcrübəli siyasətçilərindən, keçmiş Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri və Toplumcu Demokratiya Partiyası xarici əlaqələr üzrə məsul şəxs olan Sami Dayıoğluna müraciət edib.Həmin müsahibəni Reaksiya.az oxucularına təqdim edirik.

-Ermənistan Müdafiə naziri Seyran Ohanyan Ermənistan və Kipr Respublikasının yaxın gələcəkdə ortaq bir hərbi təlim keçirməklə bağlı razılaşma əldə etdiklərini bildirib. Sizcə bu hərbi təlimin məqsədi nədir?

-Beynəlxalq təlimlərin keçirilməsi təbiidir. Bunlar, dövlətlərin öz hərbi güclərini nəzarət etmək, öz hərbi güclərinin hansı səviyyədə olduğunu ölçmək üçün vasitələrdir. Bu mənada siyasi bir məqsəd daşımadığına inanmaq istəyirik.

-Bəs, necə düşünürsünüz, bu təlimlərə qarşı Şimali Kipr tərəfindən hər hansı bir reaksiya olacaqmı?

-Hal-hazırda belə bir qarşı fəaliyyət olacağını qətiyyən düşünmürəmş. Prezidentimiz cənab Mustafa Akıncı belə hadisələrə çox isti baxmayan bir şəxsiyyətə sahib insandır. Buna görə də ötəri də olsa bu kimi təlimlərə reaksiya verməyəcəyik. Yəni, mən bunu gözləmirəm açıqcası.

-Sizin açıqlamalarınıza baxsaq, düşünə bilərikmi ki, bu təlimin Kipr müzakirələrinə də heç bir təsiri olmayacaq?

-Bəli, olmayacaq. Dediyiniz kimi Kiprdəki danışıqlar çərçivəsində bu proseslərin təsiredici bir qüvvəyə sahib olacağına inanmıram. Çünki, hazırda təlimlərdən daha vacib olan məqam Kiprin gələcəyinin müəyyən edilməsidir. Bu gələcək çərçivəsi içərisində bu kimi hadisələrin önəmli bir rol oynayacağını düşünmürəm. Bütün hallarda Kipr danışıqlarının də davam edəcəyinə inanırıq.

Şərhlər

Çox oxunanlar